“Fluminense” “Dortmund” matçı sülhlə başa çatdı

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir oyun keçirilib.

Sportline.az xəbər verir ki, dördüncü oyun günündə Braziliya təmsilçisi "Fluminense" Almaniyanın "Borussiya" (Dortmund) klubu üz-üzə gəlib.

F qrupunun açılış matçında hesab açılmayıb.

Qeyd edək ki, qrupun digər oyunu "Ulsan" (Cənubi Koreya) və "Mamelodi Sandaunz" (CAR) kollektivləri arasında baş tutacaq.