Fransalı vinger Almaniya klubundan ayrılır

"Bavariya"nın fransalı vingeri Kinqsli Koman karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" Komanı heyətinə qatmaq üçün hərəkətə keçib.

28 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Koman cari mövsüm çıxış etdiyi 40 matçda 7 qol 4 asist müəllifi olub.