Frimponq İngiltərə çempionuna transfer olacaq

"Liverpul" "Bayer"in niderlandlı futbolçusu Jeremi Frimponqu heyətinə qatmağı planlaşdırır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu Frimponq üçün "Bayer"lə danışıqlara başlayıb.

24 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, J.Frimponq bu mövsüm çıxış etdiyi 48 oyunda 5 qol 12 məhsuldar ötürmə müəllifi olub.