"Fulhem"dən "Qalatasaray"a

Qış transfer pəncərəsində "Beşiktaş"dan "Fulhem"ə keçən Rayan Babel Türkiyəyə dönəcək.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Türkiyə Superliqasının lideri "Qalatasaray"la razılığa gəlib. "Aslanlar" Babellə 3 illik müqavilə imzalamaq niyyətindədirlər. Onun 3 il ərzində 10 milyon avro maaş alacağı bildirilir.

Qeyd edək ki, Rayan Babel "Fulhem"lə yanaşı, "Beşiktaş", "Ayaks", "Liverpul", "Hoffenhaym", "Kasımpaşa", "Əl-Əin" və "Deportivo" komandalarında da mübarizə aparıb.