"Fulhem"in futbolçusu "Qalatasaray"ın hədəfində

"Qalatasaray" yeni yarımmüdafiəçi almağa hazırlaşır.

Sportline.az  L’Équipe"yə istinadən xəbər verir ki, İstanbul klubu İngiltərə Premyer Liqası ilə vidalaşan "Fulhem"in futbolçusu Jan-Mişel Seri ilə maraqlanır. "Cim-Bom"un 27 yaşlı oyunçunu 1 il müddətinə icarəyə götürmək istədiyi bildirilib.

Qeyd edək ki,  Serinin İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2022-ci ilin iyununda başa çatır.