"Fulhem"in yeni hədəfi
"Fulhem" bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, PSV-nin amerikalı futbolçusu Rikardo Pepi "Fulhme"in transfer hədəfinə çevrilib.
22 yaşlı futbolçunun Niderland klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rikardo Pepi ötən mövsüm meydana çıxdığı 29 matçda rəqib qapılarından 18 top keçirib.