Futbolçular millidən imtina etdilər
Qadınlardan ibarət İspaniya millisinin üzvləri komandaya qayıtmaqdan imtina ediblər.
Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, onlar fikirlərində qəti olduqlarını bildiriblər.
Onlar dünya çempionatındakı qələbədən sonrakı öpüş qalmaqalı ilə bağlı daha ciddi tədbirlərin görülməsini tələb edirlər.
Mükafatlandırma mərasimində Cenifer Ermosonu öpən İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin istefası da onların hiddətini soyutmayıb.
Millinin üzvləri daha ciddi cəza tədbiri və struktur dəyişiklikləri baş vermədən düşərgəyə qayıtmayacaqlarını bəyan ediblər.