Gənc ulduz qitə nəhəngi ilə müqavilə bağlayacaq
"Barselona" gənc ulduzu Lamin Yamal ilə yeni peşəkar müqavilə bağlayacaq.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano Tvitter səhifəsində paylaşım edib.
Mərasimin oktyabrın 2-də baş tutacağı bildirilir.
16 yaşlı futbolçu ilə 2026-cı ilin iyununadək anlaşma imzalanacaq.
Qeyd edək ki, Yamalın hazırkı transfer dəyəri 25 milyon avrodur.