Güləşçimiz dünya çempionatının finalında

Yunan-Roma güləşçimiz Ülvi Qənizadə U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 72 kq-da mübarizə aparan "klassik"imiz rusiyalı Sergey Kutuzovla üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qənizadə sabah bürünc medal uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl xalçaya çıxan millimizin 67 kiloqram çəki dərəcəsindəki üzvü Həsrət Cəfərov adını final yazdırmağı bacarıb. 

67 kq-da çıxış edən Həsrət Cəfərov yarımfinalda türkiyəli Kadir Kemala 4:1 hesabı ilə qalib gələrək qızıl medal uğrunda həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.

Gənclər arasında builki dünya və Avropa çempionatlarının qalibi olan pəhləvanımızın finaldakı rəqibi iranlı Cavad Rezayi olacaq. Görüş sabah baş tutacaq.