Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

77 kq-da yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada rusiyalı Roman Vlasovla üz-üzə gəlib.

Görüşdən 1:2 hesabı ilə məğlub ayrılan Süleymanov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Ekrem Öztürklə qarşılaşıb.

Rəqibinə 5:2 hesabı ilə qalib gələn Əzizli dünya 3-sü olub.