Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, o, həlledici qarşılaşmada Ermənistan təmsilçisi Sahak Hovannisyanla üz-üzə gəlib. Cəfərov 7:0 hesabı ilə inamlı qalib gələrək, dünya çempionu olub.

Nihat Məmmədli (60 kq) bürünc medal uğrunda görüşünə çıxıb. Özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edən idmançımız bürünc medalı qazanıb.

72 kq-da çıxış edən Xasay Həsənli isə ermənistanlı Şant Xaçatryana uduzaraq, bürünc medal şansını əldən verib.