Gündoğan "Jirona"ya məğlubiyyətin səbəbini açıqladı
"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan "Jirona"ya məğlubiyyətlə bağlı sualları cavablandırıb.
Sportline.az xəbər verir ki, türk futbolçu uduzmalarının əsas səbəbinin müdafiədəki səhvlərdən qaynaqlandığını bildirib.
"Bu oyundakı uğursuzluğu müdafiədəki boşluqlarla əlaqələndirərdim. Yaxşı müdafiə oluna bilmədik. Digər səbəb pressinqlə bağlıdır. Rəqib bizim təzyiqimizə rəğmən topu özündə saxlamağı bacardı", - deyə Gündoğan suallara aydınlıq gətirib.
Qeyd edək ki, 16-cı turun "Barselona" - "Jirona" matçı 2-4 hesabı ilə başa çatmışdı.