Gyökeres London klubuna transfer olmağa yaxındır

"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Arsenal" Gyökeresi heyətinə qatmaq üçün hərəkətə keçib.

"Topçular" bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Arsenal"ın rəhbərliyi Gyökeresin meneceri ilə təmas halındadır.

O, bu mövsüm çıxış etdiyi 50 matçda 52 qol 13 məhsuldar ötürmə müəllifi olub.