Gyökeres London klubunun əsas hədəfinə çevrilib
Bu yay “Sportinq”dən ayrılacağı dəqiqləşən Viktor Gyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Alfredo Pedullanın məlumatına istinadən xəbər verir ki, “Arsenal” klubu 1 nömrəli transfer hədəfi kimi Gyökeresi görür.
Londonlular bu keçid üçün qarşı tərəfə 65 milyon avro təklif ediblər.
Qeyd edək ki, Gyökeres “Arsenal”a keçməyə müsbət yanaşır.
O, ötən mövsümü 54 qol 13 asistlə tamamlayıb.