Gyökeres "Sportinq"dən ayrılmaq fikrində qətidir
"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres klubdan ayrılmaq fikrində qətidir.
Sportline.az xəbər verir ki, bu haqda "Mirror" nəşri məlumat yayıb.
27 yaşlı forvardın "Sportinq"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, "Mançester Yunayted" və "Arsenal"ın Gyökeresin meneceri ilə təmas halındadır.
Bu keçid üçün Portuqaliya klubu 65 milyon avro tələb edir.
Xatırladaq ki, Gyökeres ötən mövsümü 52 matçda 54 qol 13 məhsuldar ötürmə ilə tamamlayıb.