Hacı Əliyev: "Davam, yoxsa tamam"?
Güləş üzrə üçqat dünya və Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Hacı Əliyev gələcək karyerası ilə bağlı İnstaqram izləyicilərinə müraciət edib.
Sportline.az xəbər verir ki, 30 yaşlı idmançı Tokioda qazandığı medalla birgə şəklini paylaşaraq yazıb: “Davam, yoxsa tamam?”
Qeyd edək ki, H.Əliyevin yenidən güləşəcəyi qeyri-müəyyəndir.