Hacı Əliyev: "Rəqib heç nədən görüşü saxlayırdı"

"Final görüşü üçün hər şeyi düzgün qurmuşdum və yaxşı fikirləşmişdim".

Sportline.az xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

65 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibin fiziki cəhətdən zəif olduğunu söyləyib: "Bunu döşəkdə hiss edirdim. Amma sonuncu saniyələrdə ayağıma girdi. 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Axırda isə ayağımı verdim. Rəqib heç nədən görüşü saxlayırdı. Güya zədə almışdı".