Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər
"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az jurnalist Burhan Can Terzinin məlumatına istinadən xəbər verir ki, "Qalatasaray" Hakanı heyətinə qatmağı düşünür.
31 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Hakanın "İnter"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O, ötən mövsüm meydana çıxdığı 47 matçda 11 qol 6 asist müəllifi olub.