Harvi Barns "Aston Villa" yolunda
"Nyukasl"ın futbolçusu Harvi Barns karyerasını "Aston Villa"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
28 yaşlı sol cinah vingerinin transfer qiyməti 45 milyon avrodur.
Qeyd edək ki, H.Barnsın "Nyukasl"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.