Həvəskar komandaların görüşünü minlərlə azarkeş izlədi
Türkiyənin həvəskarlar liqasında keçirilən "Artvin" - "Kars" görüşünü rekord sayda azarkeş izləyib.
SportLine.az xəbər verir ki, oyunun start fitinə saatyarım qalmış matçın keçiriləcəyi stadion azarkeşlərlə dolub. Stadionda özünə yer tapa bilməyən futbolsevərlər yaxınlıqdakı binaların damına və hətta ağaclara çıxıb oyunu izləyiblər.
Qeyd edək ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.