Hüqo Larrson İngiltərə nəhənginə keçə bilər
"Ayntraxt"ın isveçli futbolçusu Hüqo Larsson karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Liverpul" H.Larssonun meneceri ilə təmas halındadır.
20 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Hüqo Larsson cari mövsüm çıxış etdiyi 45 matçda 6 qol 1 asist müəllifi olub.