İbrahim Şehiç komandasını dəyişir

Ötən yay "Qarabağ"dan "Ərzurumspor"a transfer olunan İbrahim Şehiç karyerasını başqa klubda davam etdirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, 30 yaşlı qapıçının Superliqanı tərk edərək, aşağı liqaya yuvarlanan "Ərzurumspor"da qalmaq istəmədiyi bildirilir.

Bosniya və Hersoqovinalı futbolçunun "Trabzonspor"dan adığı təklifi dəyərləndirəcəyi gözlənilir.