İdmançının halı pisləşdi, aviareys təxirə salındı
Avstraliyada aviareyslərdən biri təxirə salınıb.
Sportline.az xəbər verir ki, buna "Adelaida" komandasını basketbolçusu Deyan Vasilyeviçin huşunu itirməsi səbəb olub.
Hadisə komandanın Pert şəhərindən dönüşü zamanı baş verib.
Təyyarənin salonunda ikən huşunu itirən basketbolçuya elə oradaca ilkin tibbi yardım göstərilib.
Ardınca o, həkimlərin müşaiyəti ilə xəstəxanaya aparılıb.
Nəticədə reys bir neçə saat təxirə salınmalı olub.
Hazırda 26 yaşlı idmançının vəziyyətinin normal olduğu bildirilir.