İdrissa Geye "Everton"da qalacaq

"Everton" seneqallı futbolçusu İdrissa Geye ilə bağlı qərar verib.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu 35 yaşlı futbolçuya yeni müqavilə təklif edib.

İdrissa Geyenin hazırkı müqaviləsi iyunun 1-də başa çatacaq.

O, bu mövsüm meydana çıxdığı 40 matçda 3 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, İdrissa Geyenin dəyəri "Transfermarkt" portalına görə, 2 milyon avro olaraq qiymətləndirilir.