İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
Sportline.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan seçmələri üz-üzə gəlib.
Oyun Azərbaycan millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.