İlkay Gündoğan Türkiyə nəhənginə keçə bilər
"Qalatasaray" daha bir ulduz futbolçu ilə maraqlanır.
Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, İstanbul nəhəngi İlkayın meneceri ilə danışıqlara başlayıb.
34 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, İlkayın transfer qiyməti 10 milyon avrodur.