İlon Mask - Zukerberq duelinin alınmamasının səbəbi
Dünyanın ən varlı adamlarından sayılan İlon Maskla Zukerberqin böyük maraq və həyəcanla gözlənilən dueli alınmayacaq.
Sportline.az xəbər verir ki, Maskın döyüşün UFC-nin təşkil etməyəcəyini bildirməsindən sonra Zukerberq danışıqları dayandırıb.
Dünyanın ən varlı adamı - İlon Mask bunu təşkilatçılıqla bağlı bəzi mümkün problemlərlə əlaqələndirib.
"Biz döyüşün Kolizeydə keçirilməsini istəyirdik. Amma, UFC-nin tonlarla reklamının bu tarixi məbəddə yerləşdirilməsi sadəcə mümkün deyildi. Belə olduğu halda Mark döyüşdən imtina etdi. Amma, bununla belə mən onunla istənilən yerdə qarşılaşmağa hazıram", - deyə Mask The Joe Rogan Experience podkastında bildirib.
Qeyd edək ki, bundan əvvəl Zukerberq Maskın onunla döyüşdən böyün qaçırdığı haqda məlumat yaymışdı.