İngiltərə nəhəngi Barkola ilə maraqlanır
"Liverpul"un yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, PSJ-nin fransalı futbolçusu Bredli Barkola Mersisayd klubunun transfer siyahısında yer alıb.
22 yaşlı sol cinah vingerinin dəyəri 70 milyon avrodur. Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Barkola ötən mövsüm meydana çıxdığı 58 matçda 21 qol 19 asist müəllifi olub.