İngiltərə nəhəngi Çerki ilə anlaşıb

"Mançester Siti" fransalı futbolçu Rayan Çerki ilə ilkin razılıq əldə edib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

Çerki "Lion"dan ayrılmaq fikrində qətidir. Onun transfer qiyməti 45 milyon avrodur.

Qeyd edək ki, 21 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.