İngiltərə nəhəngi Gyökeres üçün 60 milyon avro ödəməyə hazırdır
"Mançester Yunayted" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeresi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, Gyökeres üçün Mançester klubu 60 milyon avro ödəməyə hazırdır.
27 yaşlı forvardın "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Gyökeres ötən mövsüm meydana çıxdığı 52 matçda 54 qol 13 asistlə yadda qalıb.