İngiltərə nəhəngi "Nitsa"ya elçi düşüb
"Mançester Yunayted" "Nitsa"nın polşalı qapıçısı Marçin Bulka üçün rəsmi təklif göndərib.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, Bulkanın transfer qiyməti 20 milyon avro olaraq təyin olunub.
İngiltərə klubunun rəhbərliyi bu məbləği "Nitsa"ya ödəməyə hazırdır.
Qeyd edək ki, Bulka ötən mövsüm meydana çıxdığı 40 matçda qapısında 55 top görüb.