İngiltərə nəhənglərinin gözü o futbolçunun üzərindədir
"Bolonya"nın kolumbiyalı futbolçusu Con Lukumi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Tottenhem" və "Çelsi" Lukumi transfer etmək üçün hərəkətə keçib.
26 yaşlı stoper üçün "Bolonya" 25 milyon avro tələb edir. O, cari mövsüm çıxış etdiyi 42 matçda 1 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Lukuminin İtaliya klubu ilə müqavilə müddəti 2026-cı ilin yayında qədərdir.