İngiltərəli müdafiəçi "Everton"a qayıdır
"Mançester Siti" ingiltərəli stoperi Con Stounz yenidən "Everton"da çıxış edə bilər.
Sportline.az "Sunday Express" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun meneceri Mersisayd klubu ilə danışıqlara başlayıb.
"Everton" Stounz üçün 30 milyon avro ödəməyə hazırdır. O, cari mövsüm çıxış etdiyi 20 matçda 3 qol 2 asistlə yadda qalıb.
Oyunçunun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırdaq ki, Con Stounz "Mançester Siti"yə "Everton"dan 55.6 milyon avro qarşılığında transfer olmuşdu.