"İnter" ispaniyalı baş məşqçini kluba gətirmək istəyir
Simone İnzagi ilə yollarını ayıran "İnter" yeni baş məşqçi axtarışına çıxıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Komo"nun ispaniyalı çalışdırıcısı Sesk Fabreqas "İnter"in yeni baş məşqçisi olmağa əsas namizədlərdən sayılır.
38 yaşlı mütəxəsisin "Komo" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, "İnter"in sabiq çalışdırıcısı Simone İnzaginin yeni iş yeri "Əl-Hilal" klubu olub.