"İnter" ispaniyalı mütəxəsislə anlaşıb

Yeni baş məşqçi axtarışında olan İtaliyanın “İnter” komandası Sesk Fabreqasla anlaşıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.

Bildirilib ki, Milan klubunun təklif etdiyi maaş 38 yaşlı mütəxəssisi qane edib.

Hazırda “Komo”ya rəhbərlik edən çalışdırıcının klubla 2028-ci ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, “İnter” UEFA Çempionlar Liqasının finalında Fransanın PSJ komandasına 0:5 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Simone İnzagi ilə yollarını ayırıb.