“İnter” kanadalı futbolçu ilə anlaşıb

“Lill”dən azad agent kimi ayrılan kanadalı futbolçu Conatan Deyvid “İnter”in maraq dairəsindədir.

Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “İnter” C.Devyidlə ilkin razılıq əldə edib.

İtaliya klubunun rəhbərliyi 25 yaşlı futbolçuya illik 5 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Conatan Deyvid cari mövsüm çıxış etdiyi 49 matçda 25 qol 12 asist müəllifi olub.