"İnter" Luis Enrikeni Milana gətirir

"İnter" heyəti gücləndirmək istiqamətinidə işləri davam etdirməkdədir.

Sportline.az xəbər verir ki, Milan klubu bu məqsədlə Fransaya üz tutub.

"Neradzurri" "Marsel" klubunun futbolçusu Luis Enrikeni hədəfə alıb.

Tanınmış jurnalist Fabrisio Romanonun X sosial şəbəkəsində yaydığı xəbərə görə, braziliyalı vingerin transferi ilə bağlı danışıqlar davam etdirilir. 

"İnter" bu keçidi klublararası dünya çempionatına qədər həll etmək niyyətindədir. 

Milanlıların braziliyalıya illik 2,5 milyon avroluq təklif irəli sürdüyü bildirilir.