"İnter Mayami" argentinalı ulduzu heyətinə qatmaq istəyir
"Benfika"nın argentinalı futbolçusu Anxel Di Mariya mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq.
Sportline.az "Mais Futebol" nəşrinə istinadən xəbər verir ki, "İnter Mayami" A. Di Mariyanı heyətinə qatmağı planlaşdırır.
Portuqaliya klubu 37 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Anxel Di Mariya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 15 qol 9 məhsuldar ötürmə müəllifi olub.