"İnter" "Qalatasaray"dan 40 milyon avro tələb edir
"Qalatasaray" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etməkdə israrlıdır.
Sportline.az "Ntv Spor"a istinadən xəbər verir ki, İstanbul klubu "İnter"ə 15-20 milyon avro ödəməyə hazırdır.
Lakin İtaliya klubunun rəhbərliyi Hakan üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, hər iki klub arasında danışıqlar davam edir.
Hakan Çalhanoğlu ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 11 qol 8 asistlə yadda qalıb.