"İnter" və "Mançester Yunayted" transfer yarışına girib
"Paris Sen-Jermen"in italiyalı qapıçısı Canluici Donnaruma Avropa klublarının transfer hədəfindədir.
Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, "İnter" və "Mançester Yunayted" Donnaruma ilə yaxından maraqlanır.
26 yaşlı kiperin PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Paris klubu Donnarumanı satmaq niyyətində deyil.