"İnter"in futbolçusu "Sevilya"da
"İnter"in futbolçusu Lüsyen Aqume karyerasını İspaniyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, o, icarə əsasında Əndəlis təmsilçisinin formasını geyinəcək.
Aqume yeni komandasında 42 nömrəli formanı geyinəcək.
İcarə müqaviləsində futbolçunun sonradan 8 milyon avro müqabilində transfer oluna biləcəyi də yer alır.
2019-cu ildən "İnter"in heyətində olan 21 yaşlı yarımmüdafiəçi 2bu mövsüm cəmi 1 oyunda meydana çıxıb.