İnyesta Danimarkada klub sahibi olacaq

"Barselona"nın sabiq futbolçuları Danimarka 2-ci liqasından komanda alacaqlar.

Sportline.az xəbər verir ki, Boyan Krkiç və Andres İnyesta Danimarka 2-ci liqa komandalarından olan “Helsinqor”u almaq üçün danışıqlara başlayıb.

Bu əməliyyatın onlara 2 milyon avroya başa gələcəyi bidirilir. 

Krkiç və İnyesta klubun 85% səhmlərinə sahib olacaq. Qalan 15%-in isə klubun hazırki sahibi Bo Bayda qalacağı deyilir.

Qeyd edək ki, “Helsinqor” hazırda davam edən Danimarka 2-ci liqasında 23 turdan sonra 12 xalla sonuncu pillədədir.