"İpsviç"də ayrılıq
"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap mövsümün sonunda klubda ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "ESPN" nəşri məlumat yayıb.
22 yaşlı futbolçu ilə "Mançester Yunayted" və "Çelsi" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Liam Delapın meneceri "Mançester Yunayted"lə danışıqlara başlayıb.
O, cari mövsüm çıxış etdiyi 39 matçda rəqib qapılarından 12 top keçirib.
Xatırladaq ki, L.Delap "Mançester Siti" yetirməsi sayılır.