İqor Tüdor "Yuventus"da qalacaq
"Yuventus" futbol klubu baş məşqçi İqor Tudoru 2025/26 mövsümündə də vəzifəsində saxlayacağını təsdiqləyib.
Sportline.az xəbər verir ki, bu qərarı klubun yeni baş direktoru Damien Komolli açıqlayıb:
“Biz qərara gəldik ki, İqorla yalnız FIFA Klub Dünya Kuboku üçün deyil, həm də növbəti mövsüm üçün davam edək.”
47 yaşlı xorvatiyalı mütəxəssis mart ayında Tiaqo Mottanın istefasından sonra müvəqqəti baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında "Yuventus" A Seriyasında dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.