İrandan "Fənərbağça"ya transfer

Cari mövsümdə bərbad çıxışı ilə yadda qalan "Fənərbağça" yeni mövsümə hazırlaşır.

Sportline.az xəbər verir ki, Ərsun Yanalın komandası İranın "İstiqlal" klubunun üvü Allahyar Sayyadmaneşi transfer edib. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.

"İstiqlal"ın idarə heyətinin üzvü İsmayıl Xəilzadə oyunçunun "Fənərbağça"ya 850 min dollara keçdiyini deyib. Mövsümün sonunda komandasından ayrılacaq Sayyadmaneş cari mövsümdə 17 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, iranlı hücumçunun adı "The Guardian"nın hazırladığı 2001-ci il təvəllüdlü ən yaxşı 60 futbolçu siyahısında yer alıb.