İranlı futbolçu "İnter"dən ayrılacaq
"İnter"in iranlı futbolçusu Mehdi Taremi yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ekrem Konur öz "X" hesabında paylaşım edib.
32 yaşlı forvard daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.
Qeyd edək ki, M.Taremi ötən mövsüm "İnter"in heyətində 43 rəsmi matçda iştirak edib. Aktivində 3 qol 9 məhsuldar ötürmə var.