İsak "Nyukasl"dan ayrılacaq?

"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" İsakı transfer etmək niyyətindədir.

25 yaşlı forvardın "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İsakın transfer qiyməti 125 milyon avro olaraq təyin olunub.

O, cari mövsüm meydana çıxdığı 40 matçda rəqib qapılarından 27 top keçirib.