İspaniya klubunda görünməyən hadisə
"Xetafe" Meyson Qrinvudun rekord sayda köynəyinin satışını reallaşdırıb.
Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, "Mançester Yunayted"in sabiq futbolçusunun İspaniyada populyarlığı pik həddə çatıb.
21 yaşlı ingiltərəlinin təqdimat mərasiminə 4 min azarkeşin toplaşması da bunu təsdiqləyir.
Madrid təmsilçisinin bir həftə ərzində reallaşdırdığı forma satışı isə klub tarixinin rekordu sayılır.
Qeyd edək ki, zorlamada təqsirləndirildiyinə görə "Mançester Yunayted"dən uzaqlaşdırılan Meyson Qrinvud bu mövsümü icarə əsasında "Xetafe"də keçirəcək.