İspaniya klubunda istefa

İspaniyanın "Rayo Valekano" klubu baş məşqçini istefaya göndərib.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, Fransisko Rodrigelə yollar ayrılıb. 

"Malyorka" ilə oyundan sonra 45 yaşlı mütəxəssislə müqavilənin ləvğ olunduğu bildirilib.

Klub məşqçiyə təşəkkür edərək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rodriges ötən ilin yayından komandanı çalışdırırdı.

Onun rəhbərliyi altında 27 rəsmi oyuna çıxan İspaniya klubu bu matçlarda 8 qələbə, 9 heç-heçə, 10 məğlubiyyətlə yadda qalıb.