İspaniya klubunda yeni baş məşqçi

“Selta”nın yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanı Eduardo Kude çalışdıracaq. 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müddəti olan müqavilə imzalanıb.

“Selta”nın son çalışdırıcısı isə istefaya göndərilən Oskar Qarsiya olub.

Qeyd edək ki, Kude futbolçu karyerası ərzində 2002-ci ildə “Selta”da  oynayıb. Onun baş məşqçilik etdiyi son klubu Braziliya "İnternasional"ı olub.